Modern.az

Hacıqabulda gündəlik dezinfeksiya işləri davam edir - FOTO

Hacıqabulda gündəlik dezinfeksiya işləri davam edir - FOTO

Aktual

21 Aprel 2020, 10:52

  Hacıqabul rayonunda gündəlik dezinfeksiya işləri davam etməkdədir.

 

Modern.az xəbər verir ki, rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə, ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etməkdədir. Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında insanların evdən kənara çıxmamaları, xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün maarifləndirmə işləri ciddi qaydada aparılır. 

 

Karantin rejiminin tələblərinə riayət edilməsi üçün rayon ərazisində fəaliyyətinə icazə verilməyən ticarət, ictimai iaşə obyektləri və mövcud olan istirahət parklarına giriş tam məhdudlaşdırılıb.

 

Tədbirlər müntəzəm olaraq davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada