Son sutka ərzində Ermənistanda koronavirusa daha 62 nəfər yoluxub, 2 nəfər ölüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bununla da işğalçı ölkə koronavirusa yoluxanların sayı 1401 nəfərə çatıb.
İndiyədək Ermənistanda xəstəlikdən ölənlərin ümumi sayı 24 nəfərdir.
Koronavirusdan sağalanların sayı isə 609 nəfər təşkil edir. Hazırda 768 nəfər xəstəxanalarda müalicə olunur.