Modern.az

Heydər Əliyev Mərkəzi MDB-nin ən populyar məkanları sırasında

Heydər Əliyev Mərkəzi MDB-nin ən populyar məkanları sırasında

Aktual

21 Aprel 2020, 15:00

Rusiyanın “TurStat” turizm portalı MDB ölkələrində səfər, onlayn-tur və virtual ekskursiya üçün ən yaxşı muzey və müasir incəsənət mərkəzlərinin reytinqini tərtib edib.

 

Modern.az-ın məlumatına görə, Bakıda Heydər Əliyev Mərkəzi reytinqdə ilk üçlüyə daxil olub.

 

Üçlükdə həmçinin Minskdə Müasir İncəsənət Milli Mərkəzi və Nur-Sultanda Sülh və razılıq Sarayı (Piramida) yer alıb.

 

Reytinq virtual tur və ekskursiyalar üzrə muzeylərin populyarlıq göstəricilərinə uyğun tərtib edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!