Modern.az

Goranboyda icra başçısı yeni binaya baxış keçirib - FOTO

Goranboyda icra başçısı yeni binaya baxış keçirib - FOTO

Aktual

21 Aprel 2020, 15:24

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Dəliməmmədli şəhərində yeni inşa edilmiş 8 mənzilli yaşayış binasına baxış keçirdi.

 

Modern.az xəbər verir ki, icra Başçısı Məhərrəm Quliyev, ilk olaraq qəzalı vəziyyətdə olan binada vəziyyətlə tanış olub, sonra həmin binanın sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə yeni inşa edilmiş 8 mənzilli binaya baxış keçirib.

 

Binada tikinti işləri tam başa çatdırılıb. İcra Başçısı binanın elektrik, təbii qaz, su və rabitə xətləri ilə təhciz olunması məqsədi ilə lazımi işlərin aparılması ilə bağlı, aidiyyəti məsul şəxslərə tapşırıqlarını verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada