Modern.az

BMT-dən bədbin proqnoz: Aclıqla üzləşən insanların sayı iki dəfə artacaq

BMT-dən bədbin proqnoz: Aclıqla üzləşən insanların sayı iki dəfə artacaq

Aktual

21 Aprel 2020, 15:42

Koronavirus pandemiyası ilə əlaqədar ərzaq çatışmazlığı ilə üzləşən insanların sayı bu il 265 milyon nəfərədək çata bilər.

 

Modern.az-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının hesabatında deyilir.

 

Hesabatda qeyd olunur ki, aclığın qarşısının alınması üçün indidən ciddi tədbirlər görülməlidir.

 

Ötən il dünyada ərzaq qıtlığı ilə üzləşən insanların sayı 135 milyon nəfər olub.

 

Qeyd edək ki, bu günədək dünyada 2,4 milyondan çox şəxs koronavirusa yoluxub, 170 minə yaxın xəstə ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada