Modern.az

“Naftalan Sağlamlıq Mərkəzi” MMC  aztəminatlı ailələrə yardım edib - FOTO  

“Naftalan Sağlamlıq Mərkəzi” MMC  aztəminatlı ailələrə yardım edib - FOTO  

Aktual

21 Aprel 2020, 16:27

 

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan “Naftalan Müalicə Sağlamlıq Mərkəzi” MMC bu günlərdə birlik, nümayiş etdirib.

 

Modern.az xəbər verir ki, 15 ildən artıqdır Naftalan şəhərində fəaliyyət göstərən “Naftalan Müalicə Sağlamlıq Mərkəzi” MMC turistlərə göstərdiyi müalicə və göstərdiyi digər xidmətlərə görə nəinki ölkəmizdə, həmçinin, xarici ölkələrdə də tanınır.  

 

Şəhər İcra Hakimiyyətinin və “Naftalan Sağlamlıq Mərkəzi” MMC-nin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 40-dan çox tənha yaşayan, aztəminatlı, qayğıya ehtiyacı olan ailənin ünvanına çatdırılıb.

 

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, eləcədə, ölkəmizdə və Naftalanda koronavirus  infeksiyasının  yayılmasının  qarşısının  alınması  məqsədi ilə görülən  tədbirlərə  görə  möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını  bildiriblər.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada