Modern.az

Azərbaycanda internet təchizatında problem yarandı

Azərbaycanda internet təchizatında problem yarandı

Aktual

21 Aprel 2020, 17:26

Hazırda ölkədə internetə girişdə çətinlik yaranıb. 

 

Modern.az-ın məlumatına görə, problem bu gün səhər saatlarından ortaya çıxıb.

 

Belə ki, ölkənin bəzi bölgələrində internet təchizatında çətinliklər müşahidə edilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a bildirilib ki, nazirliyə bununla bağlı heç bir şikayət daxil olmayıb.

 

KATV1-in marketinq şöbəsinin rəhbəri Əli Əliyev deyib ki, internet trafikinin verilməsində problemlər provayderlərin özündə yox, onlara trafiki təqdim edən operatorda yaranıb.

 

Ə.Əliyev bildirib ki, hazırda bərpa işləri aparılır və 15-20 dəqiqə ərzində abunəçilərə internet normal qaydada veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada