Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formasında görüşü keçirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün tvitter səhifəsində paylaşım edib.

 

Paylaşımda bildirilir ki, görüşdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, ATƏT-in Minsk Qupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Endryu Şafer (Amerika Birləşmiş Ştatları), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.