OPEK+ ölkələrin nazirləri neft bazarında cari proseslərin müzakirə olunduğu qeyri-rəsmi telekonfrans keçirib.
Modern.az xəbər verir ki, bu barədə “Twitter”dəki mikrobloqunda bildirilib.
Məlumata görə, OPEK-in və qeyri-OPEK ölkələrinin əməkdaşlıq haqqında bəyannamə imzalamış bir neçə naziri neft bazarında cari dramatik vəziyyəti kollektiv müzakirə etmək üçün qeyri-rəsmi telekonfrans keçiriblər.
Məlumata görə, nazirlər neft hasilatının ixtisarı haqqında razılaşmaya sadiqliklərini bir daha təsdiq ediblər.
Qeyd edək ki, görüşdə Əlcəzair, Venesuela, Nigeriya, Qazaxıstan, Azərbaycanın energetika nazirləri də iştirak ediblər.