Modern.az

İran ilk hərbi peykini orbitə göndərdi  

İran ilk hərbi peykini orbitə göndərdi  

Aktual

22 Aprel 2020, 10:07

İranın İslam İnqilabı Keşikçilər Korpusu SEPAH ilk hərbi peykini kosmosa göndərib.

 

Modern.az-ın məlumatına görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun əlaqədar məlumatında öz əksini tapıb.

 

Məlumata görə, bu gün səhər (22 aprel) İranın Mərkəzi səhrasından Qasid adlı peykdaşıyan gəmisi kosmosa göndərilib və Yerin 425 kilometrliyində qərarlaşıb.

 

Məlumatda bildirilir ki, peykin göndərilməsi İranın aeronavtika sahəsində böyük nailiyyətlərinə səbəb olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!