Modern.az

Bakıda tibb bacısı dəm qazından boğulub öldü

Bakıda tibb bacısı dəm qazından boğulub öldü

Aktual

22 Aprel 2020, 10:53

Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti ev 62, mənzil 19-da qeydə alınıb.

Həmin ünvanda yaşayan,  Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı işləyən, 1957-ci il təvəllüdlü Şəhla Həsənova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada