Modern.az

Bakının mərkəzindəki “Pəri” salonu gizli işləyirmiş - FOTO

Bakının mərkəzindəki “Pəri” salonu gizli işləyirmiş - FOTO

Aktual

22 Aprel 2020, 16:00

Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən gözəllik salonu aşkar edilib. 

 

Modern.az xəbər verir ki, həyata keçirilən əməliyyat tədbiri zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi paytaxt sakini Rüfət Yusupov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətiriliblər.

 

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada