Modern.az

Qarajda toz basmış maşını 1 milyon dollara satışa çıxartdılar

Qarajda toz basmış maşını 1 milyon dollara satışa çıxartdılar

Aktual

22 Aprel 2020, 16:24

ABŞ-da 1960-cı il istehsalı olan nadir “Mercedes-Benz 300 SL Roadster” 1,095 milyon dollara satışa çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, avtomobilin sahibi vəfat etdikdən sonra maşın 1980-ci ildən qarajda istifadəsiz qalıb.

 

60 illik avtomobil sahibinin qohumları tərəfindən qarajda toz basmış halda tapılıb.

 

Qeyd olunur ki, “Mercedes-Benz 300 SL Roadster” 1960-cı ildə cəmi 249 ədəd istehsal edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada