Modern.az

İcra başçısı qalibləri onlayn təbrik etdi - FOTO

İcra başçısı qalibləri onlayn təbrik etdi - FOTO

Aktual

22 Aprel 2020, 17:24

 

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin şagirdləri arasında karantin rejimi müddətində məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və şagirdlərin aparılan Preventiv tədbirlər, görülən işlər barədə fikirlərini aşkarlamaq məqsədilə “Koronavirusla mübarizə-Naftalan şagirdlərinin gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsində  ilk 5 yer tutan qalib şagirdlər mükafatlandırılıb.

 

Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qalib olmuş şagirdləri görüntülü olaraq təbrik edib,  onlara müvəffəqiyyətlər  arzulayıb. İcra başçısı inşa yazı müsabiqəsində iştirak etmiş bütün şagirdlərə öz təşəkkürünü bildirib.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qalib olmuş şagirdlərə evlərində Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Şagirdlərin inşa yazıları Şəhər Təhsil şöbəsinin müəllimləri tərəfindən yoxlanılaraq topladıqları ümumi bala uyğun olaraq qiymətləndirilib.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada