Modern.az

Bu ölkədə koronavirusdan ölənlərin sayı 25 mini ötdü

Bu ölkədə koronavirusdan ölənlərin sayı 25 mini ötdü

Aktual

22 Aprel 2020, 20:16

İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 437 nəfər dünyasını dəyişib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki,bununla da ölkədə pandemiyadan ölənlərin sayı 25 085-ə çatıb.

 

İtaliyanın  Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 3 370  nəfər artıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 187 327 nəfərə çatıb.

 

İndiyədək ölkədə xəstəlikdən sağalanların sayı 54 543 nəfər təşkil edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!