Modern.az

221 məcburi köçkün ailəsinə yardım edildi

221 məcburi köçkün ailəsinə yardım edildi

Aktual

22 Aprel 2020, 21:18

221 məcburi köçkün ailəsinə yardım edilib.                                      

Bu barədə Modern. az-a “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva məlumat verib.           

“Karantin” dönəmində Xankəndindən olan məcburi köçkünlərə dəstək olmaq məqsədilə sabiq millət vəkili Flora Qasımova və “ Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi adından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət etdik. Cənab sədr muraciətə dərhal müsbət reaksiya verdi. Komitəyə təqdim etdiyimiz siyahıda olan 221 məcburi köçkün ailəsinə  ərzaq yardımı çatdırıldı. Həmin ailələr Sumqayıt, Bakı və onun ətraf rayonlarında yataqxanalarda məskunlaşıblar. Xankəndindən olan aztəminatlı ailələrə olan yardıma görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə  minnətdarlığımızı bildiririk".

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!