Türkiyədə son sutka ərzində daha 117 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 376 nəfərə çatıb:
"Bu gün ölkədə 3 083 yeni yoluxma aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 98 674 nəfərə çatıb. Virusa yoluxanlardan 1 814 nəfəri reanimasiyadadır, Müalicə olunan 1559 xəstə bu gün evə buraxılıb. İndiyədək müalicə olunaraq sağalanların ümumi sayı 16 477 nəfər təşkil edib".
F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 750 944 nəfərin testdən keçdiyini qeyd edib.