Fransada ötən sutkada 544 nəfər pandemiyanın qurbanı olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.
Məlumata görə, ölkədə virusdan ölənlərin sayı 21 340-a yüksəlib:
“Xəstəxanalarda epidemiyanın başlamasından bəri 13 236 nəfər ölüb, onların 80 faizi yaşı 75-dən yuxarı olan insanlardır. Qocalar evlərində, digər tibb və sosial müəssisələrdə isə 8 104 nəfər pandemiyanın qurbanı olub. Ölkədə ümumilikdə koronavirusdan 21 340 şəxs dünyasını dəyişib”.