Modern.az

Bakıda ahıl kişini motosiklet vurub

Bakıda ahıl kişini motosiklet vurub

Aktual

22 Aprel 2020, 23:34

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, Xətai prospektində 1945-ci il təvəllüdlü Əkbərov Hətəm Nəcəf oğlunu motosiklet vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada