Modern.az

Bakıda mağaza yandı

Bakıda mağaza yandı

Aktual

23 Aprel 2020, 09:12

Bakının Xəzər rayonunda yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 120 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 40 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!