Daxili İşlər orqanlarında yeni təyinat olub.
Modern.az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Kamil Axundov Beyləqan Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. (oxu.az)