Modern.az

Lənkəranda qadın quyuya düşərək ölüb

Lənkəranda qadın quyuya düşərək ölüb

Aktual

23 Aprel 2020, 22:30

Lənkəranda yaşlı qadın ehtiyatsızlıqdan boğularaq dünyasını dəyişib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1959-cu il təvəllüdlü Mirzadə Mirhəsən qızı Əskərovanın cansız bədəni yaşadığı ünvandakı su quyusundan tapılıb.
 

Qadının meyitini ilk olaraq bacısı aşkar edib. Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada