Modern.az

Çində koronavirusa yoluxanların sayı artdı

Çində koronavirusa yoluxanların sayı artdı

Aktual

24 Aprel 2020, 08:55

Çində son sutka ərzində daha 6 nəfər koronavirusa yoluxub, ölən yoxdur.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, virusa yoluxanlardan 2-si xaricdən gələn şəxslər, 4-ü isə yerli sakinlərdir.

 

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 303 yoluxma halı qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?