Modern.az

Milli Məclis mətbuatı TƏKZİB ETDİ: Bu şöbə təzə yaradılmayıb

Milli Məclis mətbuatı TƏKZİB ETDİ: Bu şöbə təzə yaradılmayıb

Aktual

24 Aprel 2020, 12:42

Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılıb. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub.

 

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə, belə bir yeni şöbənin yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil.

 

“Xatırladırıq ki, belə bir şöbə hələ 2019-cu il 19 noyabrda Milli Məclis Sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. Bir daha vurğulayırıq ki, belə bir şöbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır. Jurnalistləri bir daha dəqiqləşdirilməmiş, əsası olmayan bu cür məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - deyə məlumatda qeyd edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada