Modern.az

“Məktəbli uşaqlara siqaret pulsuz paylanılır” - Qüdrət Həsənquliyev

“Məktəbli uşaqlara siqaret pulsuz paylanılır” - Qüdrət Həsənquliyev

Aktual

24 Aprel 2020, 14:08

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev spirtli içkilər və tütün məmulatlarının satışına nəzarətin gücləndirilməsi haqda danışıb.

 

Modern.az-ın verdiyi xəbərə görə, Q.Həsənquliyev bildirib ki, bütün məktəblərin, kolleclərin qarşısında köşklərdə siqaret reklam olunur:

 

"Siqaret çəkənlərin 95 faizi məktəb illərindən başlayır. Sonradan bilir ki ziyandır, amma tərgidə bilmirlər. Məktəbli vaxtında onun siqaret çəkməsinin qarşısı alınsa, böyüyəndə bunun ziyan olduğunu biləndə artıq çəkməyəcək.

 

Uşaqlara bilərəkdən pulsuz siqaret paylayırlar ki, sonradan gəlib alsın. Mən bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etmişdim. Onlar məktubumu Dövlət Reklam Agentliyinə göndərdilər. Belə olan halda, Reklam Agentliyi barəsində Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə cinayət işi başlanılmalıdı idi. Prokurorluq məndən fakt istəyir, mən köşkü götürüb aparıb Baş Prokurorluğa qoya bilmərəm ki. Onların iş yerlərinin qarşısında, yaxınlığında da belə köşklər var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada