“Modul tipli xəstəxanaların quraşdırılması ikinci dalğa təhlükəsi ilə bağlıdır”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı deyib ki, təhlükənin səviyəsindən asılı olaraq modul xəstəxanaların hansı müddətə qalacağı barədə qərar veriləcək: “Ölkəmiz müharibə şəraitindədir və bu xəstəxanaları istənilən yerdə və vaxtda açaraq istifadə edə bilərik”.