"Koronavirusdan ölənlərin sayının artırılması haqda yayılan məlumatlar yalandır".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. R.Bayramlı vətəndaşları rəsmi məlumatlara inanmağa səsləyib:
“Bütün məlumatlar , Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ictimaiyyətə açıqlanır. Ona görə də insanlarımızı şayiələrə inanmamağa çağırırıq”.