İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 420 nəfər dünyasını dəyişib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki,bununla da ölkədə pandemiyadan ölənlərin sayı 25 969-a çatıb.
İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 3 021 nəfər artıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 192 994 nəfərə çatıb.
İndiyədək ölkədə xəstəlikdən sağalanların sayı 60 498 nəfər təşkil edib.