Modern.az

Kürdəmirdə yol qəzası oldu

Kürdəmirdə yol qəzası oldu

Aktual

24 Aprel 2020, 22:14

Kürdəmirdə avtomobil qəzası baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zərdab sakini Həmid Həmidlinin idarə etdiyi “Niva” markalı avtomobil yolda hərəkətdə olarkən qəfildən qarşısına çıxan camışı vurub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Fakt araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!