Modern.az

"Ölkə ərazisində pozitiv tendensiya özünü göstərir" - Yaqut Qarayeva

Aktual

24 Aprel 2020, 22:43

"Son günlər ölkə ərazisində pozitiv tendensiya özünü göstərir.  Aparılan son testlər nəticəsində qərara gəldik ki, yumşaltma tətbiq etmək olar".

Modern.az xəbər verir ki, bunu AzTV-nin "Hədəf" verilişinin qonağı olan TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.


Yaqut Qarayeva qeyd edib ki, bu gün biz ölkə üzrə 44 yoluxma, 65 sağalan şəxs olub: "Bundan əlavə, mindən çox vətəndaş sağalıb. Qeyd edim ki, pozitiv tendensiya təkcə yoluxan və sağalan şəxslərin sayı ilə təyin olunmur, eyni zamanda apardığımız testlərin sayı ilə müəyyən olunur. Son həftə biz testlərin sayını gündəlik olaraq 4-5 min arasında nəzərdə tutduq və onları məqsədyönlü şəkildə apardıq. Çalışdıq ki, sadəcə xəstələr yox, çox ünsiyyətdə olan qruplar arasında testlər aparaq və yoluxmanın hansı səviyyədə olduğunu analiz edək. Son testlərin nəticəsinə əsasən qərara gəldik ki, yumşaltma tətbiq etmək olar".

Y.Qarayeva əlavə edib ki, Prezident İlham Əliyev bugünkü çıxışı zamanı çox gözəl vurğuladı ki, hər kəsdə məsuliyyət hissi olmalıdır:

"Belə desək dövlətimiz və dövlət başçımız vətəndaşların iqtisadi, sosial və psixoloji çətinliklərini başa düşərək müəyyən yumşaldılma tədbirləri üçün addımlar atdı. Lakin bundan sonra məsuliyyət artıq xalqımıza düşür. Hər kəs öz sosial məsuliyyətini anlamalı və ona uyğun davranmalıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada