Modern.az

Rəsmi Ankaradan Trampa obyektivlik çağırışı

Rəsmi Ankaradan Trampa obyektivlik çağırışı

Aktual

24 Aprel 2020, 22:59

"Trampın 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr haqqında fikirləri ermənilərin subyektiv hekayəsinə əsaslanıb. ABŞ liderinin iddiaları daxili siyasət hədəflərində nailiyyət qazanmağa yönəlib".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bildirib.

 

Xarici İşlər Nazirliyində qeyd ediblər ki, Tramp bəyanatında qeyd etdiyi dövrdə ermənilər tərəfindən 500 000-dən çox müsəlmanın öldürülməsinə etinasız yanaşıb.

Rəsmi Ankara Ağ Evin başçısını haqsız və qeyri-düzgün yanaşmadan imtina etməyə çağırıb.

Qeyd edilib ki, Türkiyənin 1915-ci il hadisələrinin öyrənilməsi üçün birgə tarixi komissiyanın yaradılması haqqında təklifi hələ qüvvədədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada