Modern.az

“Facebook” qrup videozəng xidməti yaradır

“Facebook” qrup videozəng xidməti yaradır

Aktual

25 Aprel 2020, 13:07

“Facebook” şirkəti koronavirus pandemiyası müddətində populyarlığı kəskin artmış qrup videozəng xidməti yaradır.

 

Modern.az xəbər verir ki, yeni proqramın yaradılmasını şirkətin təsisçisi Mark Zukerberq elan edib.

 

Onun sözlərinə görə, “Messenger Rooms” adı verilən proqramda videozəngə real vaxt rejimində 50 nəfərədək şəxs qatıla bilər.

 

Zənglərin müddəti ilə bağlı məhdudiyyət olmayacaq. Zəngə qoşulmaq üçün “Facebook” hesabının olması da tələb olunmayacaq.

 

M.Zukerberq deyib ki, “Messenger Rooms” “WhatsApp” və “Instagram”da işləyəcək. Bu zaman da videozəng istifadəçilərinin sözügedən platformalarda qeydiyyatı vacib olmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada