Modern.az

Prezident Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar başsağlığı verdi

Aktual

25 Aprel 2020, 15:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşıladığını bildirib.

 

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu ağır itkidən kədərini bu sözlərlə ifadə edib:

 

“Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım.

Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynamışdır. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

 

Allah rəhmət eləsin!

Bakı şəhəri, 25 aprel 2020-ci il”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada