Modern.az

Gəncədə aztəminatlı ailələrə yardım davam edir - FOTO

Gəncədə aztəminatlı ailələrə yardım davam edir - FOTO

Aktual

25 Aprel 2020, 16:55

Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım aksiyası Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən aksiyaya Gənclər və İdman Baş İdarəsi də qoşulub. Belə ki, idarə tərəfindən veteran idmançılar və yaşayış gəlirləri aşağı olan ailələrə sovqat paylanılıb.

 

Gəncə ŞİH-dən Modern.az-a verilən məlumata görə, yardımların paylanılmasında Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və əməkdaşları yaxından iştirak ediblər. Bağlamaların çatdırıldığı ünvanlarda sakinlərlə maairfləndirici söhbətlər aparılıb, koronavirus infeksiyasının səbəb olduğu bu çətin günlərdə insanların biri-birinə dəstək olmalarının vacibliyi vurğulanıb. Xüsusi ilə Ramazan ayında ehtiyac sahiblərinin ziyarət edilməsi, yardımlaşmağın və digər xeyirxah əməllərin icrasının önəmindən söz açılıb.

 

Yardım alan sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada