Modern.az

Əhliman Əmiraslanov beynəlxalq qurultayda həmsədrlik etdi

Əhliman Əmiraslanov beynəlxalq qurultayda həmsədrlik etdi

Aktual

25 Aprel 2020, 18:37

MDB və Avrasiya Ölkələri Onkologiya, Rentgenoradiologiya Mərkəzləri və İnstitutları Direktorları Assosiasiyasının təşkilatçılığı ilə aprelin 23-də başlayan onkoloqlar və radioloqların videobağlantı formatında keçirilən XI qurultayı bu gün öz işini davam etdirib.  İ

 

Modern.az xəbər verir ki, ilk dəfə olaraq onlayn rejimdə keçirilən qurultay tibbin qeyd edilən sahələri üzrə məşhur alim və mütəxəssislərin təcrübə mübadiləsi üçün əsl müzakirə meydanı olub.

 

Qurultayın gedişini 10 ölkədən 7000-dən artıq iştirakçı izləyib. Plenar iclasda nümayəndələr təmsil etdikləri ölkələrdə onkologiya və rentgenoradiologiya sahəsində görülən işlərdən, qabaqcıl təcrübədən, qarşıya çıxan problemlərdən ətraflı şəkildə bəhs ediblər. Qurultayın bugünkü iş günündə akademik Əhliman Əmiraslanovun həmsədrliyi ilə “Sümük və yumşaq toxumaların bədxassəli şişləri”nə həsr olunmuş bölmənin iclasında müxtəlif ölkələrin mütəxəssislərinin təqdim etdikləri məruzələr dinlənilib. Bu məruzələr arasında akademik Əhliman Əmiraslanovun rəhbərliyi ilə həyata keçirilən “Orqansaxlayıcı əməliyyatlar sümük sarkomalarının müalicəsinin əsası kimi -” mövzüsünda olan məruzə konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, Azərbaycan onkoloqlarının qurultay iştirakçılarına sümük və yumşaq toxuma şişləri,  süd vəzi xəstəlikləri, urologiya, proktologiya, baş-boyun və digər onkoloji cərrahiyyə sahələri üzrə 10-a yaxın məruzəsi, 30-dan çox tezisi təqdim olunub.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada