Modern.az

Türkiyədə koronovirusdan 25 min insan sağaldı

Türkiyədə koronovirusdan 25 min insan sağaldı

Aktual

25 Aprel 2020, 20:59

Dünyanın cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Türkiyədə aparılan çoxistiqamətli tədbirlər nəticəsində bu xəstəliklə mübarizədə əhəmiyyətli dönüş yaranıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün ölkə üzrə 38 308 nəfər üzərində test aparılıb. Onlardan 2 861 nəfər xəstə çıxıb. Gün ərzində 3 845 nəfər sağalıb. Artıq gündəlik yoluxma və ölüm sayında enmə, sağalma sayında böyük yüksəliş müşahidə olunur.

Ölkənin Səhiyyə nazir Fəxrəddin Qoca bildirir ki, son sutka ərzində 106 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 2 706 nəfərə çatıb.

Ümumi hesabda, bu günədək ölkə üzrə 868 565 nəfər testdən keçirilib. İnfeksiyadan müalicəyə cəlb olunanların sayı 107 773 nəfərə çatıb. Onlardan 1782 şəxs reanimasiyada, 900 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. Hər iki göstəricidə ciddi azalma var. İndiyə qədər 25 582 nəfərin müalicəsi müsbət nəticə verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada