Modern.az

Türk ordusu terrorçularla mübarizədə şəhid verdi

Türk ordusu terrorçularla mübarizədə şəhid verdi

Aktual

25 Aprel 2020, 23:44

Türkiyə ordusunun İraqın şimalında yerləşən Haftanin bölgəsindəki bazasına terrorçular hücum edib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə ordusunun cavabı nəticəsində terrorçular bölgədən qaçmağa başlayıb:  "Terrorçuların qaçdığı istiqamət müəyyən edildikdən sonra Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları havalanaraq onları atəşə tutub. Daha sonra “Atak” helikopterləri ilə terrorçular təqib edilib və olduqları hədəflər vurulub.

Əməliyyat çərçivəsində 12 terrorçunun məhv edildiyi müəyyənləşdirilib”.

Qeyd edək ki, terrorçuların açdığı atəş nəticəsində isə 1 türk hərbçi şəhid olub, 3-ü yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada