Modern.az

MM-in Mədəniyyət komitəsi Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar başsağlığı verdi

MM-in Mədəniyyət komitəsi Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar başsağlığı verdi

Aktual

25 Aprel 2020, 23:09

"Azərbaycan ədəbi ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi, yazıçı, publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfatı bütün Azərbaycan ədəbi ictimaiyyətini dərindən kədərləndirdi".

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

 

"Feyzavər Turan Alpsarın böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunmasında və təbliğində böyük əməyi vardır. Onun Türkiyə və Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Cənab Prezident İlham Əliyevin 2018-ci il 17 mart tarixli Sərəncamına əsasən "Dostluq" ordeni, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" medalı ilə təltif edilməsi Əli bəy Hüseynzadə irsini qoruyan və təbliğ edən soydaşımıza verilən ən yüksək diqqət və ehtiramın nümunəsidir.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komtəsinin sədri və üzvləri olaraq Feyzavər xanımın vəfatından dərindən kədərlənir, onun əzizlərinə, türk dünyasının ziyalılarına hüznlə başsağlığı veririk.
Başımız sağ olsun!
Allah rəhmət eləsin!", - deyə Qənirə Paşayeva bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada