Modern.az

Ölümlər ikiqat arta bilər - ÜST rəsmisindən QORXUNC AÇIQLAMA

Ölümlər ikiqat arta bilər - ÜST rəsmisindən QORXUNC AÇIQLAMA

Aktual

26 Aprel 2020, 05:00

Koronavirus pandemiyasının tədarük və paylama zəncirinə verdiyi zərər qızdırma epidemiyası ilə aparılan mübarizəyə mənfi təsir göstərir. Buna görə də epidemiyanın səbəb olduğu hazırkı ölüm rəqəmləri ikiqat arta bilər.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Afrika Bölgəsi direktoru Matşidiso Moeti deyib.

 

Mətbuat konfransında çıxış edən Moeti bütün ölkələri qızdırma xəstəliyi ilə mübarizəyə dəstək verməyə çağırıb.

 

Onun sözlərinə görə, ötən həftə ABŞ-ın ÜST-ə maliyyə yardımını kəsməsi Afrika qitəsində uşaq iflici, qızdırma və QİÇS kimi xəstəliklərə qarşı verilən mübarizəyə faciəvi şəkildə zərər vuracaq.

 

ÜST-ün statistikasına görə, 2018-ci ildə Afrikada 360 min nəfər qızdırmadan dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada