Modern.az

"Neft bazarı 2021-ci ildə sabitləşəcək" - Vahid Ələkbərov 

Aktual

26 Aprel 2020, 09:27

"Neft bazarı ölkələrin səyi nəticəsində 2020-ci ilin sonu və 2021-ci ilin ilk yarısında sabitləşəcək".

 

Modern.az xəbər verir ki, bunu "Lukoyl"un prezidenti Vahid Ələkbərov "Rossiya-1" televiziyasının aparıcısı, əslən azərbaycanlı olan Nailə Əsgərzadənin "Təhlükəli virus. İqtisadiyyat" verilişində deyib.

 

"Ölkəmizin səudiyyələrlə birlikdə göstərdiyi səylər və ABŞ-ın bu gün problemin həllinə qatılması əlbəttə, neft bazarını yaxşılaşdıracaq", - o bildirib.

 

Qeyd edək ki, V.Ələkbərov neftin 9-11 dollar olsa belə, “Lukoyl”un Rusiya ərazisində komfortlu şəkildə fəaliyyətini davam etdirə biləcəyini söyləmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada