Modern.az

Kürdəmirdə qəzada ölən sürücünün şəxsiyyəti məlum oldu

Kürdəmirdə qəzada ölən sürücünün şəxsiyyəti məlum oldu

Aktual

26 Aprel 2020, 11:28

Gecə saatlarında Kürdəmir rayonunda baş vermiş yol qəzası zamanı avtomobildə yanaraq ölən sürücünün şəxsiyyəti bəlli olub.

 

Modern.az  xəbər verir ki, bu, 1960-cı il təvəllüdlü Ağdam rayon Xındırıstan kənd sakini Həsənov Vahid Yusif oğludur.

 

Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, 90-ED-530 dövlət nömrə nişanlı BMW markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla gedib və sonra qəfil yanıb.

 

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada