Modern.az

Bərdədə yol qəzası, ölən və xəsarət alanlar var

Bərdədə yol qəzası, ölən və xəsarət alanlar var

Aktual

26 Aprel 2020, 15:51

Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Göbər kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "VAZ-2107" markalı avtomobillə "Nissan" markalı minik avtomobili toqquşub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan "Nissan"ın sürücüsü ölüb. “VAZ” markalı avtomobilin sürücüsü və sərnişini ağır xəsarət alıblar. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada