Modern.az

Qazanxanaların qaz təchizatı dayandırıldı - SƏBƏB

Qazanxanaların qaz təchizatı dayandırıldı - SƏBƏB

Aktual

26 Aprel 2020, 20:29

“Azəriqaz” İstehsalat Birliyi aprelin 26-dan etibarən qazanxanaların qaz təchizatını dayandırır.

Modern.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Report-a bildirib ki, bu addım “Azəristiliktəchizat” ASC-dən daxil olan telefonoqram əsasında atılıb.

"Belə ki, bu gün səhər saatlarında adı çəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub", - o qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada