Modern.az

Türkiyədə son 20 gündə ilk dəfə ölü və yoluxma sayı azaldı

Türkiyədə son 20 gündə ilk dəfə ölü və yoluxma sayı azaldı

Aktual

26 Aprel 2020, 20:44

Türkiyədə son sutka ərzində daha 99 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 805 nəfərə çatıb:

"Bu gün ölkədə 30 177 şübhəli koronavirus testindən keçib, onlardan 2357-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  110 130  nəfərə çatıb. Hazırda reanimasiyada 1776 xəstə var. Müalicə olunan 3558 xəstə isə bu gün evə buraxılıb".

Fəxrəddin Qoca bildirib ki, son 20 gün içində xəsətəliyə ən az yoluxma sayı bu gün qeydə alınıb, intensiv terapiya alan xəstə sayında da azalma var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada