Modern.az

İtaliyada reanimasiyada olan xəstələrin sayı ilk dəfə iki dəfə azaldı

İtaliyada reanimasiyada olan xəstələrin sayı ilk dəfə iki dəfə azaldı

Aktual

26 Aprel 2020, 21:13

İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 260 nəfər dünyasını dəyişib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla da ölkədə pandemiyadan ölənlərin sayı 26 644-ə çatıb.

İtaliyanın  Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 2 324 nəfər artıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 197 675  nəfərə çatıb.

İndiyədək ölkədə xəstəlikdən sağalanların sayı 64 928 nəfər təşkil edib.


Qeyd edilib ki, reanimasiya şöbələrində olan xəstələrin sayı son bir ayda iki dəfə azalaraq 2 min nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada