Modern.az

Yol polisi daha 1397 nəfəri CƏRİMƏLƏDİ

Yol polisi daha 1397 nəfəri CƏRİMƏLƏDİ

Aktual

27 Aprel 2020, 10:12

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 26 aprel saat 00:00-dan 27 aprel saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumatı açıqlanıb.

Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) Modern.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26 aprel saat 00:00-dan 27 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 1 apreldən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada