Modern.az

Avtomobil nəqliyyatı sahəsinin inkişaf təklifləri hazırlanıb

Avtomobil nəqliyyatı sahəsinin inkişaf təklifləri hazırlanıb

Aktual

27 Aprel 2020, 14:46

“Avtomobil nəqliyyatı sahəsinin gələcək inkişaf perspektivləri ilə bağlı qeyd etmək istərdim ki, cari ilin əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən avtomobil nəqliyyatı sahəsinin inkişaf istiqamətləri ilə bağlı ölkə rəhbərliyi tərəfindən nazirliyimizə konkret tapşırıqlar verilib”.

Modern.az-ın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov bildirib.

H.Həsənov qeyd edib ki, həmin tapşırıqlara uyğun olaraq, təhlillər aparılıb:

“Müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb. Təkliflər avtomobil nəqliyyatı sahəsində tənzimləmə normalarına müasir İKT həllərinin tətbiqi vasitəsilə yenilik gətirilməsini, avtonəqliyyat vasitələri parkının yenilənməsi ilə bağlı mexanizmləri özündə əks etdirir. Pandemiya dövründə də bu istiqamətdə tədbirlərin görülməsinin nə qədər vacib olduğunun bir daha şahidi olduq və həmin təkliflərin həyata keçirilməsinin sürətləndiriliməsi istiqamətində öz səlahiyyətlərimiz çərçivəsində zəruri tədbirlərin görülməsini təmin edəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada