Modern.az

1162 nəfər sağalaraq evə buraxılıb

1162 nəfər sağalaraq evə buraxılıb

Aktual

27 Aprel 2020, 16:10

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb:

 

“22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

 

Qeyd edilib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada