“Son kursda oxuyan oğlan tələbələr bir qayda olaraq istehsal təcrübəsində idilər. Amma bəziləri istehsal təcrübələrini başa çatdıra bilməyiblər. Ona görə də həmin müddətlə bağlı oğlan tələbələrə güzəştlər tətbiq edilə bilər”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Təhsil naziri Ceyhun Bayramov son kurs tələbəsi olan oğlan tələbələrin hərbi çağırış məsələsilə bağlı sualı cavablandırarkən bildirib
Nazir qeyd edib ki, son kursda olan oğlan tələbələrin əvvəlki 3 illik göstəriciləri nəzərə alınamaqla, güzəştlər tətbiq edilə bilər:
“Növbəti çağırışın iyul ayınd olması planlaşdırılır. Bu tələbələr təhsillərini başa çatdıra bilməsələr, onlara imkan yaradılması ilə bağlı hökumət qarşısında məsələ qaldıracağıq”.
Nazir deyib ki, hazırda sosial qrupdan həssas tələbə qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi üçün hazırlıq işləri aparılır.
C.Bayramovun sözlərinə görə, bu gün ali məktəblərdə təhsil alan iki tələbədən biri dövlət hesabına təhsil alır:
“Lakin pandemiya məşğulluq məsələlərinə də mənfi təsir göstərir. Aprelin 13-də imzalanmış dəstək proqramı çərçivəsində sosial qrupdan həssas tələbə qrupuna aid olan tələbələrin 2019-2020-ci ilin yaz semesteri və 2020-2021-ci ilin payız semestri üzrə təhsil haqqı dövlət tərəfindən ödəniləcək".