Modern.az

Azərbaycanda koronavirusa qarşı 128 807 test aparıldı

Azərbaycanda koronavirusa qarşı 128 807 test aparıldı

Aktual

27 Aprel 2020, 22:23

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 27-nə olan statistik göstəriciləri açıqlayıb.

Modern.az  xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 676 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 128 807 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 678 yoluxma aşkarlanıb. Onlardan 1 162-si sağalıb, 22-i ölüb. Hazırda aktiv xəstə sayı 494-dür.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada